Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Barselona" La Liqanın 11-ci turunda "Sevilya"nı məğlub edərək liderliyini möhkəmləndirib




Noyabrın 4-də futbol üzrə İspaniya çempionatının 11-ci turunda La Liqaya liderlik edən "Barselona" komandası "Nou Kamp" stadionunda "Sevilya" klubunu qəbul edib.

Oyunda 2:1 hesabı ilə qalib gələn "Barselona" çempionatda liderliyini möhkəmləndirib.

Qarşılaymaya sürətli hücumlarla başlayan ev sahibləri istəklərinə 23-cü dəqiqədə çata biliblər. "Sevilya" müdafiəçilərinin kobud səhvindən istifadə edən Alkaser dəqiq zərbə ilə hesabı açıb - 1:0.

İlk hissə bu hesabla başa çatıb.

Fasilədən sonra hesabı bərabərləşdirmək üçün təşəbbüsə yiyələnən "Sevilya" futbolçuları 59-cu dəqiqədə buna nail olublar. Künc zərbəsindən sonra Pizarro topu başla qapıya göndərərək matçda tarazlığı bərpa edib. Lakin qonaqların sevinci cəmi altı dəqiqə davam edib. Görüşün 65-ci dəqiqəsində "Barselona"nın sürətli hücumu zamanı Rakitiçin ötürməsindən sonra Alkaser dublunu rəsmiləşdirib - 2:1.

Komandaların səylərinə baxmayaraq, qalan dəqiqələrdə qapılara top vurulmayıb və oyun bu hesabla da başa çatıb.

Bu qələbədən sonra Kataloniya təmsilçisi xallarının sayını 31-ə çatdıraraq liderliyini davam etdirib.

Doğma meydanda "Leqanes"in qapısından üç cavabsız top keçirən "Valensiya" 27 xalla ikinci sıradakı yerini qoruyub. Səfərdə "Deportivo" üzərində minimal hesablı qələbə qazanan "Atletiko Madrid" isə 23 xalla üçüncü pillədə qərarlaşıb. Lakin hazırda aktivində 20 xal olan "Real Madrid" tur çərçivəsində "Santyaqo Bernabeu"da "Las Palmas" klubunu məğlub edərsə, üçüncü pilləyə yüksələcək.

Xatırladaq ki, bu qarşılaşma Lionel Messinin "Barselona"nın heyətində 600-cü oyunu olub.

Azərtac.az


Facebook-da paylaş

Xəbəri paylaş