“Orta barmaq” cəzasız qalacaq
Çempionlar Liqasının qrup mərhələsinə uğursuz start verən “Yuventus” ilk oyununda səfərdə “Barselona”ya 0:3 hesabı ilə məğlub olub. Qonaqların futbolçusu Qonzalo İquayn görüş davam edərkən azarkeşlərə ədəbsiz jest edib.
“Nou Kamp”da ümumilikdə 12-ci oyununu keçirən və bu dəfə də qola həsrət qalan İquayn 87-ci dəqiqədə əvəzlənərkən onu fitə basan yerli azarkeşlərə orta barmağını havaya qaldıraraq cavab verib.
Qeyd edək ki, İtlaiya mətbuatının iddiasına görə, UEFA-nın Nizam İntizam Komitəsi məlum insidentlə əlaqədar olaraq argentinalı oyunçunu cəzalandırmayacaq.
Facebook-da paylaş