Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” - “Ayntraxt” oyununun biletləri sabah satışa çıxarılacaq



UEFA Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ” və Almaniyanın " Ayntraxt" komandaları arasında keçiriləcək matçın biletləri sabah satışa çıxarılacaq.

BrendSport.az
xəbər verir ki, bilet satışı saat 12:00-dan etibarən başlayacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq, 10, 15, 25, 35, 40, 50 və 75 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200, 250, 300, 400 və 1000 manatdır.

Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən almaq olar. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, “Qarabağ”ın Park Bulvardakı Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarına müraciət edə bilərlər.

Qeyd edək ki, yanvarın 21-də keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş