Maks Ferstappen ilin sonunda “Red Bull”u tərk edə bilər

Dördqat dünya çempionu olan Formula 1 pilotu Maks Ferstappen bu ilin sonunda “Red Bull” komandasını tərk edə bilər.
BrendSport.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Məlumata görə, niderlandlı sürücünün 2028-ci ilin sonunadək qüvvədə olan müqaviləsində xüsusi bənd yer alıb. Həmin bəndə əsasən, 28 yaşlı pilot bu ilin yay fasiləsindən sonra sürücülər sıralamasında ilk iki pillədə yer almazsa, müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir. 2027-ci və 2028-ci illərdə isə Ferstappen yalnız turnirin lideri olmadığı halda sözləşməni ləğv edə bilər.
Bu şərtlər pilotun müqaviləsi imzalanarkən “Red Bull”un sabiq müşaviri Helmut Marko tərəfindən razılaşdırılıb. Məlumata görə, həmin müddəalar komanda daxilində narazılığa səbəb olub.
Qeyd edək ki, “Red Bull" Formula 1-in 2025-ci il mövsümünü Konstruktorlar Kubokunda 3-cü pillədə başa vurub. Komanda 451 xal toplayaraq “MakLaren” (833 xal) və “Mercedes”dən (469 xal) geri qalıb.
Facebook-da paylaş





















