Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Autosport”: Maks Ferstappen ilin ən yaxşı pilotu seçilib

“Autosport”: Maks Ferstappen ilin ən yaxşı pilotu seçilib


Formula 1 yarışlarında son iki mövsümün qalibi olan “Red Bull”un üzvü Maks Ferstappen Böyük Britaniyanın nüfuzlu “Autosport” nəşrinin versiyasına görə ilin ən yaxşı pilotu seçilib.
BrendSport.az xəbər verir ki, ikinci pilləni “Ferrari”nin pilotu Şarl Lekler tutub. Üçüncü yerə isə ralli üzrə son dünya çempionu finlandiyalı Kalle Rovanperya layiq görülüb.
Bu mövsüm heç bir Formula 1 mərhələsində finiş xəttini birinci keçə bilməyən Luis Hamilton ən yaxşı pilotlar arasında dördüncü pillədə qərarlaşıb.
“Autosport”un baş mükafatına sahib çıxan Maks Ferstappen Niderlandda da ilin idmançısı mükafatına layiq görülüb. Pilot 2016 və 2021-ci illərdə də ölkəsinin ən yaxşı idmançısı seçilib.


Facebook-da paylaş

Xəbəri paylaş