Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Hemilton Yaponiyada da qələbə qazandı



"Formula-1" üzrə Yaponiya Qran Prisinin qalibi müəyyənləşib. 53 dövrəlik mübarizənin yekununda finiş xəttini "Mercedes" pilotu Lüis Hemilton birinci keçib. Onun finlandiyalı komanda yoldaşı Valtteri Bottas ikinci, "Red Bull" pilotu Maks Ferstappen üçüncü yeri tutub.

Hemilton karyerasında 71-ci, "Mercedes"də isə 50-ci dəfə qələbə qazanıb.

Pilotlardan 17-si finişə çata bilib.

Yaponiya Qran Prisindən sonra ümumi sıralamada Lüis Hemilton 331 xalla 1-ci pillədə daha da möhkəmlənib. Bu dəfə 6-cı yerlə kifayətlənən "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel 264 xalla ikinci, Valtteri Bottas 207 xalla üçüncü, "Ferrari"nin finlandiyalı pilotu Kimi Raykonnen 196 xalla dördüncüdür.

Avtomobillərin yarışında "Mercedes" 538 xalla 1-ci, "Ferrari" 460 xalla ikinci, "Red Bull" isə 319 xalla 3-cüdür.

Qeyd edək ki, növbəti Qran Pri 19 - 21 oktyabrda ABŞ-da keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş