Ronaldo ən çox qələbə qazanan futbolçu oldu
AVRO-2020-nin qrup mərhələsində Macarıstanla ilk oyun Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.
BrendSport.az xəbər verir ki, komandasının qələbəsi (3:0) 36 forvardın daha bir rekordu ələ keçirməsinə səbəb olub.
Bununla superulduz Avropa çempionatları tarixində ən çox qələbə qazanan futbolçuya çevrilib.
O, AVRO-2008 və AVRO-2012-də çempion olan İspaniyanın heyətində yer alan Sesk Fabreqasla Andres İnyestanın 11 oyunluq qələbə rekordunu qırmağı bacarıb.
Kriştiano Ronaldo 5-ci Avropa çempionatında meydana çıxmaqla da rekorda imza atıb.
Facebook-da paylaş