Əsas Səhifə > Dünya idmanı > Ronaldo ən çox qələbə qazanan futbolçu oldu

Ronaldo ən çox qələbə qazanan futbolçu oldu


16-06-2021, 09:47


AVRO-2020-nin qrup mərhələsində Macarıstanla ilk oyun Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.

BrendSport.az xəbər verir ki, komandasının qələbəsi (3:0) 36 forvardın daha bir rekordu ələ keçirməsinə səbəb olub.

Bununla superulduz Avropa çempionatları tarixində ən çox qələbə qazanan futbolçuya çevrilib.

O, AVRO-2008 və AVRO-2012-də çempion olan İspaniyanın heyətində yer alan Sesk Fabreqasla Andres İnyestanın 11 oyunluq qələbə rekordunu qırmağı bacarıb.

Kriştiano Ronaldo 5-ci Avropa çempionatında meydana çıxmaqla da rekorda imza atıb.
Geri qayıt