Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mourinyonun "Roma"dakı maaşı bilindi



Joze Mourinyonun yeni klubu "Roma"dakı maaşı məlum olub.

BrendSport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssisin illik maaşı vergiləri çıxdıqdan sonra 7.5 milyon avro təşkil edəcək. Bundan başqa, portuqaliyalı çalışdırıcı 2022-ci ilin 30 iyununadək sabiq klubu "Tottenhem"dən 8.5 milyon avro məbləğində təzminat alacaq. Beləliklə, onun növbəti mövsüm üçün gəliri bonusları çıxmaq şərti ilə 16 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Mourinyo "Roma" ilə 3 illik müqavilə imzalayıb. O, yeni klubunda işinə iyulun 1-i başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş