Formula 1 komandaları 2020-ci ildə təsnifat yürüşlərinin keçirilməsini təsdiq etməyiblər
Parisdə Formula 1 komandalarının Beynəlxalq Avtomobil Federasiyasının (FIA) nümayəndələri və “Liberty Media”dan olan sahibkarlarla görüşü keçirilib. Görüşdə 2020-ci ildə təsnifat yürüşlərinin tətbiqi mövzusu müzakirə edilib.
BrendSport.az “RaceFans”a istinadla xəbər verir ki, bu məsələyə dair yekdil qərar qəbul olunmasa da, yürüşlərin təsnifatı ideyası tamamilə rədd edilməyib. Əgər komandalar razılığa gəlsələr və öz qərarlarının marta qədər təsdiq etsələr, təsnifat gələn mövsümdə keçirilə bilər.
Təsnifat yürüşünün mahiyyəti bundan ibarətdir ki, pilotlar şənbə günü qısa yürüş keçirirlər. Bu zaman start yerləri dünya çempionatında şəxsi hesabın əksi istiqamətində bölüşdürülür. Qran-Prinin start düzülüşü sprintin yekunlarına əsasən formalaşır.
Təsnifat yürüşlərini Rusiya, Belçika və Fransa qran-prilərində sınaqdan keçirmək planlaşdırılıb.
Facebook-da paylaş