Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“McLaren” “İndianapolisin 500 mili” yürüşlərində iştirak üçün Alonsonun bolidini təqdim edib

“McLaren” “İndianapolisin 500 mili” yürüşlərində iştirak üçün Alonsonun bolidini təqdim edib
“McLaren” komandası Formula 1 mövsümünün ikiqat dünya çempionu, ispaniyalı Fernando Alonsonun mayın 26-da “İndi-500” əsas yürüşündə (ABŞ, İndiana ştatı) sükanı arxasında oturacağı və özünü “Üçqat tac”ını qazanmağı sınayacağı bolidini təqdim edib.

BrendSport.az İspaniya KİV-lərinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Vokinq şəhərindəki zavodda hazırlanan bolid komandanın əsasını qoyan Bryus MakLarenin 1966-cı ildə özünün ilk Formula 1 Qran-Prisində istifadə etdiyi papaya rəngindədir. Bolidin xarici görünüşü “MCL34”ün eleronlu, arxa hissəsi göy rəngə boyanmış “kraliça” kateqoriyasını xatırladır.
Fernando Alonso “66” nömrəsi altında çıxış edəcək. Bu nömrə 1972-ci ildə amerikalı Mark Donoxyunu komandasının ilk qələbəsinə aparıb.


Facebook-da paylaş

Xəbəri paylaş