Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Helmut Marko Formula 1 çempionluğu uğrunda kimin mübarizə aparacağını proqnozlaşdırıb

Helmut Marko Formula 1 çempionluğu uğrunda kimin mübarizə aparacağını proqnozlaşdırıb
“Red Bull” komandasının idman məsləhətçisi Helmut Marko Formula 1-in 2019-cu il mövsümündə çempion titulu uğrunda hansı pilotların mübarizə aparacağı barədə danışıb.

BrendSport.az xəbər verir ki, o, bunun Fettel, Hemilton və Ferstappen arasında üçtərəfli döyüş olacağını güman edir.
Bundan əvvəl Helmut “Red Bull”un qarşıdakı çempionatdakı perspektivlərini dəyərləndirmişdi.
“Bu, Formula 1-in hibrid güc qurğularına keçdiyi andan nümayiş etdirilən ən yaxşı mövsümqabağı testlər idi. Hətta Qaslinin qəzasına baxmayaraq, bizə böyük distansiyanı aşmaq müyəssər oldu. Biz “Honda” sayəsində tam etibarlılıq qazandıq. Qüvvələrin düzülüşü belədir ki, “Ferrari” hamını qabaqlayır, sonra biz gəlirik, daha sonra “Mercedes” gəlir. Şəxsi gücümüzə arxalanmalıyıq, ən azı 5 qələbə qazana biləcəyimizə ümid edirəm”, - deyə H.Marko bildirib.


Facebook-da paylaş

Xəbəri paylaş