Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İsko qərarını yayda verəcək



“Real”ın futbolçusu İsko yayda klubu tərk edə bilər. Yarımmüdafiəçi oyun praktikasının az olması səbəbindən komandadan ayrılmaq istəyir. Bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb.

Santyaqo Solarinin baş məşqçi təyin olunmasından sonra əsasən ehtiyat oyunçular skamyasında əyləşən İskonun Solarinin klubdan gedəcəyi təqdirdə, “Real”da qala biləcəyi bildirilir.

İskoyla “Mançester Siti” və “Yuventus” yaxından maraqlanır.

26 yaşlı yarımmüdafiəçi cari mövsümdə La Liqada 14 qarşılaşmada iştirak edib. Onun “Real”la 2022-ci ilə qədər müqaviləsi var.


Facebook-da paylaş

Xəbəri paylaş