Dieqo Simyone “Atletiko Madrid” ilə müqaviləsini 2020-ci ilədək uzadıb
İspaniyanın “Atletiko Madrid” klubunun hazırkı baş məşqçisi Dieqo Simyone komanda ilə yeni müqavilə imzalayıb.
BrendSport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 48 yaşlı argentinalı mütəxəssis 2020-ci ilədək Madrid təmsilçisini çalışdıracaq. Müqavilənin maliyyə məsələləri açıqlanmır.
Dieqo Simyone 2011-ci ildən “Atletiko Madrid”in baş məşqçi postunda çalışır. O, klub ilə 1 dəfə İspaniya La Liqasını, İspaniya Super kubokunu, İspaniya kubokunu, 2 dəfə UEFA Avropa Liqasını və UEFA Super kubokunu qazanıb. Mütəxəssisin rəhbərliyi altında klub iki dəfə UEFA Çempionlar Liqasının finalında mübarizə aparıb.
Facebook-da paylaş