Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA Çempionlar Liqası: “Qalatasaray” İstanbulda “Portu”ya məğlub olub



Dekabrın 10-da UEFA Çempionlar Liqasında altıncı tura start verilib.

BrendSpor.az xəbər verir ki, turun açılış oyununda D qrupunda yer alan İstanbulun “Qalatasaray” klubu qrupunun lideri “Portu”nu qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qrupda ikinci yerdə olan “Şalke” isə Moskvanın “Lokomotiv” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb (1:0). Beləliklə, "Portu" qrup lideri (16), "Şalke" (11) isə ikinci pillənin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıblar. İstanbul təmsilçisinin məğlubiyyətinə baxmayaraq, klub UEFA Avropa Liqasında mübarizənin davam etdirəcək. "Lokomotiv" isə 3 xalla qrupun sonuncu yerində qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş