Əsas Səhifə > Dünya idmanı > UEFA Çempionlar Liqası: “Qalatasaray” İstanbulda “Portu”ya məğlub olub
UEFA Çempionlar Liqası: “Qalatasaray” İstanbulda “Portu”ya məğlub olub12-12-2018, 06:01 |
Dekabrın 10-da UEFA Çempionlar Liqasında altıncı tura start verilib. BrendSpor.az xəbər verir ki, turun açılış oyununda D qrupunda yer alan İstanbulun “Qalatasaray” klubu qrupunun lideri “Portu”nu qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qrupda ikinci yerdə olan “Şalke” isə Moskvanın “Lokomotiv” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb (1:0). Beləliklə, "Portu" qrup lideri (16), "Şalke" (11) isə ikinci pillənin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıblar. İstanbul təmsilçisinin məğlubiyyətinə baxmayaraq, klub UEFA Avropa Liqasında mübarizənin davam etdirəcək. "Lokomotiv" isə 3 xalla qrupun sonuncu yerində qərarlaşıb. Geri qayıt |