ABŞ millisində yeni baş məşqçi
Futbol üzrə ABŞ yığmasının yeni baş məşqçisinin adı məlum olub.
BrendSport.az xəbər verir ki, millinin “sükanı arxasına” Qreqq Berhalter gətirilib. Bu barədə ABŞ mətbuatı məlumat yayıb. Tərəflər arasında 4 illik müqailə imzalanacaq.
Xəbərdə yeni baş məşqçinin dekabrın 4-də, Nyu-Yorkda ictimaiyyətə təqdim olunacağı bildirilib.
Berhalter 2019-cu ilin yanvarında öz işinə başlayacaq.
45 yaşlı mütəxəssisin əsas vəzifəsi ABŞ millisini 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə çıxarmaqdır.
Berhalter son olaraq ABŞ-ın “Kolumbus Kryu” klubunu çalışdırırdı.
Facebook-da paylaş