London derbisi və "Barsa"nın Madrid səfəri “Topaz”da
Proqnozsevərlərin ən çox sevdiyi, gərgin "iş başında" olduğu günlərdən biridir. Onlar üçün dünyanın müxtəlif nöqtələrində oynanılan 400-ə yaxın qarşılaşmaya mərc etmək imkanı var. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" bu gün öz müştərilərinə 363 matç təklif edir. Bu görüşlərdən 100-dən artığına canlı, 45-nə isə həm canlı, həm də "təkli" mərc etmək olar. Günün maraqlı görüşlərindən bir neçəsini diqqətinizə çatdırırıq.
"Atletiko” Madrid - "Barselona" (kod 107, saat 23:45)
La Liqanın lideri "Barselona" cəmi 1 xal qabaqladığı "Atletiko"nun qonağı olacaq. Madrid klubu qalib gələcəyi halda, zirvəni ələ keçirə bilər, bir şərtlə ki, 2-ci sıradakı "Sevilya" da bu tur xal itirsin. Dieqo Simeonenin komandasının arxada qalan 12 turda cəmi 1 məğlubiyyəti var ki, onun üstündən 3 aya yaxın vaxt keçir (1 sentyabrda "Selta"ya məğlubiyyət). "Barsa" isə ötən tur doğma "Nou Kamp"da "Betis"ə uduzub (3:4). Statistikada digər maraqlı məqamlar da var. Məsələn, "Atletiko" La Liqada "Barsa" üzərində sonuncu ev qələbəsini 8 il əvvəl qazanıb. Amma ötən müddətdə 2 dəfə Çempionlar Liqasında katalonları öz meydanında məğlub edə bilib (2014-də 1:0, 2016-cı ildə 2:0). Axşamkı matçda "Atletiko"da zədə səbəbindən Dieqo Qodin oynamayacaq. "Barselona"da isə Rakitiç cəzalı, Vermalen və Koutinyo zədəlidir. "Topaz"da La Liqa “nəhənglər”inin budəfəki qarşılaşmasına həm canlı, həm də "təkli" mərc etmək olar. Əmsallar: "Atletiko"nun qələbəsi 3.00, heç-heçə 3.20, "Barselona"nın qələbəsi 2.20.
"Tottenhem" - "Çelsi" (kod 100, saat 21:30)
Həmişəki kimi, budəfəki London derbisi də maraqla gözlənilir. Prinsipial rəqiblər hazırda turnir cədvəlində qonşudur. "Çelsi" 28 xalla 3-cü, bir xal az toplayan "Tottenhem" isə 4-cü yerdədir. "Zadəganlar" "Mançester Siti" və "Liverpul"la yanaşı, bu mövsüm Premyer Liqada uduzmayan 3 komandadan biridir. "Tottenhem" isə son 4 oyunun hamısını udub. Bu, tərəflərin 152-ci dueli olacaq. İndiyə qədərki oyunların 48-də "Tottenhem", 66-da isə "Çelsi" qalib gəlib. 37 duel "sülh"lə bitib. "Çelsi"də axşamkı matç ərəfəsində ciddi itki olmasa da, "Tottenhem"də vəziyyət fərqlidir. Dembele, Yanssen və Sançes zədə səbəbindən heyətdə olmayacaq. "Topaz"da London derbisinə bu əmsallarla mərc edə bilərsiz: "Tottenhem"in qələbəsi 2.70, heç-heçə 3.20, "Çelsi"nin qələbəsi 2.40.
Bu görüşlərlə yanaşı, "Topaz"da "Udineze" - "Roma" (saat 18:00), "Maynts" - "Borrusiya” Dortmund (saat 18:30), "Mançester Yunayted" - "Kristal Pelas" (saat 19:00), "Kan" - "Monako" (saat 23:00) və digər oyunlara da "təkli" mərc etmək mümkündür.
Həftəsonu istirahəti qazancla başa vurmaq istəyirsizsə, intuisiyanıza güvənərək "Topaz"da mərc edin. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya “www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz.
Facebook-da paylaş