Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millətlər Liqası: DÇ-2018-in bütün medalçıları kənarda qaldı



UEFA Millətlər Liqasında VI turun növbəti oyunları keçirilib. İkinci oyun günündə 4 liqada ümumilikdə 9 görüş təşkil olunub və növbəti mərhələyə yüksələn daha 3 komandanın adına aydınlıq gəlib.

A Liqasında Almaniya doğma meydanda Hollandiya ilə üz-üzə gəlib. Almanlar bu oyunadək artıq qrup sonuncusu kimi aşağı liqaya enmişdi. Hollandiya isə qrupdan çıxmaq şanslarını son oyuna saxlamışdı. Hollandlar bu matçda ən azı heç-heçə etməklə, növbəti mərhələyə vəsiqə qazana bilərdi. "Narıncılar" bu vəzifənin öhdəsindən son dəqiqələrdə vurunlan 2 qolla gəlib - 2:2. Beləliklə, son dünya çempionatının gümüş mükafatçısı Xorvatiya və bürünc mükafatçısı Belçikadan sonra mundialın qalibi Fransa da Millətlər Liqası ilə vidalaşıb.

B Liqasının I qrupunda Çexiya Slovakiyanı 1:0 hesabı ilə yenib. Bu qrupda Ukrayna növbəti mərhələyə vəsiqəni təmin etmişdi. Bu gecə keçirilən son oyunda isə C Liqasına düşən komanda müəyyənləşib. Meydanı məğlubiyyətlə tərk edən Slovakiya növbəti turnirdə C Liqasında çıxış edəcək.

B Liqasının növbəti mərhələyə vəsiqəni təmin edən Danimarka evdə İralaniya ilə "sülh" bağlayıb. Beləliklə, irlandlar C Liqasına yuvarlanıb.

C Liqasının III qrupunda Bolqarıstan Sloveniya ilə 1:1 hesablı heçheçəyə razılaşıb. Norveç isə Cənubi Kiprə qalib gəlib - 2:0. Beləliklə, Norveç mərhələ adlayıb, Sloveniya isə D Liqasına düşüb.

D Liqasının I qrupunda Gürcüstan bundan əvvəl növbəti mərhələyə vəsiqə qazanmışdı. Gürcülər son turda Qazaxıstana qalib gəlib - 2:1. Andorra isə Latviya ilə "sülh" bağlayıb - 0:0.

D Liqasının IV qrupunda Makedoniya evdə Cəbəllütariqə 3:0 hesabı ilə qalib gəlib, Lixtenşteyn Ermənistanla "sülh"ə razılaşıb - 2:2. Beləliklə, Makedoniya "play-off” mərhələsinə yüksəlib.

Millətlər Liqası

VI tur

19 noyabr

A Liqası

I qrup


Almaniya - Hollandiya 2:2
Qollar: Timo Verner, 9. Leroy Sane, 20 - Quinsi Promes, 85. Virgil Van Diyk, 90+1.

B Liqası

I qrup


Çexiya - Slovakiya 1:0
Qol: Patrik Şik, 32.

IV qrup

Danimarka - İrlandiya 0:0

C Liqası

III qrup


Bolqarıstan - Sloveniya 1:1
Qollar: Qalin İvanov, 68 - Miha Zayts, 75.

Cənubi Kipr - Norveç 0:2
Qollar: Ola Kamara, 36; 48.

D Liqası

I qrup


Andorra - Latviya 0:0

Gürcüstan - Qazaxıstan 2:1
Qollar: Georgi Merebaşvili, 59. Georgi Çakvetadze, 84 - Oralxan Omirtayev, 90.

IV qrup

Makedoniya - Cəbəllütariq 4:0
Qollar: Enis Bardhi, 27. İliya Nestorovski, 67; 80. Aleksandar Traykovski, 90+2.

Lixtenşteyn - Ermənistan 2:2
Qollar: Marsel Buxel, 44. Nikolas Hasler, 47 - Sarkis Adamyan, 9. Aleksander Karapetyan, 85.


Facebook-da paylaş

Xəbəri paylaş