Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA Millətlər Liqası: ikinci oyun gününün nəticələri



UEFA Millətlər Liqasında V turun növbəti matçları keçirilib. Turun ikinci oyun günündə 4 liqada ümumilikdə 7 görüş təşkil olunub.

A Liqasında Hollandiya Fransanı qəbul edib. Hollandlar minimal hesablı qələbə qazanaraq son ünya çempionları ilə xal fərqini minimuma endiriblər və sonuncu tur ərəfəsində qrup qalibi olmaq şanslarını artırıblar.

B Liqasında baş məşqçi dəyişikliyinə məruz qalan Slovakiya artıq I qrupun liderliyini təmin etmiş Ukraynanı qəbul edib və 4:1 hesablı qələbə qazanıb. Bu slovakiyalıların ilk qələbəsi və ilk xalları olub.

B Liqasının IV qrupunda Uels evdə Danimarkaya 1:2 hesabı ilə uduzub. Bununla da danimarkalılar liderliyi ələ alıb.

C Liqasında III qrupa başçılıq edən hər iki komanda səfərdə çıxış edib. Bolqarıstan yığması Cənubi Kiprlə, Norveç isə Sloveniya ilə "sülh"ə razılaşıb - 1:1.

D Liqasının IV qrupunda Makedoniya səfərdə Lixtenşteynə 2:0 hesabı ilə qalib gələrək qrupun qalibi olub. Ermənistan isə evdə uduzduğu Cəbəllütariqə qalib gəlib - 6:2.

Millətlər Liqası

V tur

16 noyabr


A Liqası

I qrup


Hollandiya - Fransa 2:0
Qollar: Georginio Viynaldum, 44. Mempis Depay, 90+5-pen.

B Liqası

I qrup


Slovakiya - Ukrayna 4:1
Qollar: Albert Ruşnak, 6. Yuray Kuçka, 26. Adam Zrelak, 52. Robert Mak, 61 - Yevgeni Konoplyanka, 47.

IV qrup

Uels - Danimarka 1:2
Qollar: Qaret Beyl, 90 - Nikolay Yorqensen, 42. Martin Braytvayte, 88.

C Liqası

III qrup


Cənubi Kipr - Bolqarıstan 1:1
Qollar: Panyiotis Zakariou, 24 - Nikolay Dimitrov, 89.

Sloveniya - Norveç 1:1
Qollar: Benjamin Verbiç, 9 Byorn Yohnsen, 85.

D Liqası

IV qrup


Cəbəllütariq - Ermənistan 2:6
Qollar: Tjay De Barr, 10. Adam Priestli, 78 - Yura Movsisyan, 27; 48; 52; 54. Artur Kartaşyan, 66. Aleksander Karapetyan, 90+4.

Lixtenşteyn - Makedoniya 0:2
Qollar: Enis Bardi, 53. İliya Nestorovski, 90+1


Facebook-da paylaş

Xəbəri paylaş