Əsas Səhifə > Dünya idmanı > UEFA Millətlər Liqası: ikinci oyun gününün nəticələri
UEFA Millətlər Liqası: ikinci oyun gününün nəticələri17-11-2018, 11:40 |
UEFA Millətlər Liqasında V turun növbəti matçları keçirilib. Turun ikinci oyun günündə 4 liqada ümumilikdə 7 görüş təşkil olunub. A Liqasında Hollandiya Fransanı qəbul edib. Hollandlar minimal hesablı qələbə qazanaraq son ünya çempionları ilə xal fərqini minimuma endiriblər və sonuncu tur ərəfəsində qrup qalibi olmaq şanslarını artırıblar. B Liqasında baş məşqçi dəyişikliyinə məruz qalan Slovakiya artıq I qrupun liderliyini təmin etmiş Ukraynanı qəbul edib və 4:1 hesablı qələbə qazanıb. Bu slovakiyalıların ilk qələbəsi və ilk xalları olub. B Liqasının IV qrupunda Uels evdə Danimarkaya 1:2 hesabı ilə uduzub. Bununla da danimarkalılar liderliyi ələ alıb. C Liqasında III qrupa başçılıq edən hər iki komanda səfərdə çıxış edib. Bolqarıstan yığması Cənubi Kiprlə, Norveç isə Sloveniya ilə "sülh"ə razılaşıb - 1:1. D Liqasının IV qrupunda Makedoniya səfərdə Lixtenşteynə 2:0 hesabı ilə qalib gələrək qrupun qalibi olub. Ermənistan isə evdə uduzduğu Cəbəllütariqə qalib gəlib - 6:2. Millətlər Liqası V tur 16 noyabr A Liqası I qrup Hollandiya - Fransa 2:0 Qollar: Georginio Viynaldum, 44. Mempis Depay, 90+5-pen. B Liqası I qrup Slovakiya - Ukrayna 4:1 Qollar: Albert Ruşnak, 6. Yuray Kuçka, 26. Adam Zrelak, 52. Robert Mak, 61 - Yevgeni Konoplyanka, 47. IV qrup Uels - Danimarka 1:2 Qollar: Qaret Beyl, 90 - Nikolay Yorqensen, 42. Martin Braytvayte, 88. C Liqası III qrup Cənubi Kipr - Bolqarıstan 1:1 Qollar: Panyiotis Zakariou, 24 - Nikolay Dimitrov, 89. Sloveniya - Norveç 1:1 Qollar: Benjamin Verbiç, 9 Byorn Yohnsen, 85. D Liqası IV qrup Cəbəllütariq - Ermənistan 2:6 Qollar: Tjay De Barr, 10. Adam Priestli, 78 - Yura Movsisyan, 27; 48; 52; 54. Artur Kartaşyan, 66. Aleksander Karapetyan, 90+4. Lixtenşteyn - Makedoniya 0:2 Qollar: Enis Bardi, 53. İliya Nestorovski, 90+1 Geri qayıt |