Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DÇ-2018: ilk finalçı Fransa millisi oldu - YENİLƏNİR



Bu gün dünya çempionatında ilk finalçının adı məlum olub. Həlledici oyuna vəsiqə üçün Fransa və Belçika milliləri mübarizə aparıblar.

BrendSport.az saytı xəbər verir ki, Fransa hələ mundial öncəsi favoritlərdən hesab olunurdusa, Belçika millisi turnirdə irəlilədikcə, güclü rəqiblərini mübarizədən kənarlaşdırmaqla iddialı olduğunu sübut edirdi.

Didye Deşamın rəhbərlik etdiyi fransızlar 1/8 finalda Argentina, 1/4-də isə Uruqvayı mübarizədən kənarlaşdırmışdı. Roberto Martinesin komandası isə pley-offda Yaponiya və beşqat dünya çempionu Braziliyanı evinə göndərə bilmişdi. Bu baxımdan bəzi futbol ekspertləri cütlüyün qalibinin dünya çempionu adına sahib olacağını proqnozlaşdırırlar.

Hər iki komanda oyuna ehtiyatla başlasa da, meydanda mübarizə aparan futbolçuların fərdi keyfiyyətlərinə görə görüşün gərgin keçəcəyi gözlənilən idi.

Vaxt keçdikcə komandalar qarşı tərəfə öz gücünü diqtə etməyə səy göstəriblər. Belə olan halda hər iki qapı qarşısında təhlükəli vəziyyətlər olub. Ancaq bəzən qapıçıların inamlı oyunu və bəzən də zərbə vuranların qeyri-dəqiqliyi hesabın açılmasıan mane olub.

Bu gediştlə qol vura bilməyən komandalar ilk hissəni heç-heçə bitirməyə razılaşıblar.

İkinci hissəyə daha yaxşı başlayan fransızlar oldu. Ardıcıl bir neçə hücumdan sonra günc zərbəsi vurmaq hüququ qazanıblar. Güncdən ötürülən topa isə hamıdan öncə başla zərbə endirən Samul Umtiti Fransa millisini pnə keçirib 1:0.

Bundan sonra oyunda daha çox dinamika olub. Hər iki komandanın qarşılıqlı hücumları ilə müşahidə olunan oyunda başqa qol olmayıb.

Ancaq buna baxmayaraq görüşün gərginliyi ilə sarı vərəqələr daha çox istifadə olunub.

Beləlilklə, 1:0 hesabını oyunun sonuna qədər qoruyan franszılar mundialın ilk finalçısı olub.

DÇ-2018

Yarımfinal

10 iyul

22:00 Fransa – Belçika - 1:0 (İkinci hissə)
Qol: Umtiti, 51
[b]Hakimlər:
Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

11 iyul

22:00.Xorvatiya - İngiltərə


Facebook-da paylaş

Xəbəri paylaş