Ronaldo mundiala het-triklə başladı - YENİLƏNİR
Rusiyada keçirilən dünya çempionatında bu gün daha 3 oyun keçirilib.
Günün ilk matçı ilə “A” qrupunda birinci tura yekun vurulub. Yekaterinburqda Misir və Uruqvay milliləri üz-üzə gəlib. Məhəmməd Salahın oynamadığı görüşdə Cənubi amerikalılar 90-cı dəqiqədə vurduqları qolla qələbəni bayram ediblər.
“B” qrupunun ilk matçında Mərakeş İranı sınağa çəkib. Baş hakim türkiyəli hakim Cüneyt Çakır idarə etdiyi görüş İranın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İkinci oyun gününün son matçında isə azarkeşlər Portuqaliya - İspaniya qarşılaşmasına tamaşa edib. Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dünya çempionatına uğurla başlayıb.
33 yaşlı hücumçu ilk turda İspaniya ilə keçirilən oyunda het-trik edib. Oyunda hesabı açan forvard sonda komandasını məğlubiyyətdən xilas edən qolun da müəllifi olub.
Gərgin mübarizə şəraitində keçə oyun 3:3 hesabı ilə başa çatıb.
15 iyun
DÇ-2018
B qrupu
22:00. Portuqaliya - İspaniya - 3:3
Qollar: Ronaldo, 4-pen (1:0), Dieqo Kosta, 23 (1:1), Ronaldo, 44 (2:1), Dieqo Kosta, 55 (2:2), Naço, 58 (2:3), Ronaldo, 88 (3:3)
19:00. Mərakeş - İran - 0:1
Qol: Aziz Buhadduz, 90+5-avtoqol
A qrupu
16:00. Misir - Uruqvay - 0:1
Qol: Xose Ximenes, 90
Facebook-da paylaş