Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Mançester Siti"də baş məşqçi dəyişikliyi: Qvardiolanı italiyalı mütəxəssis əvəzləyir



İngiltərənin “Mançester Siti” klubu cari mövsümün sonunda baş məşqçisi Xosep Qvardiola ilə yollarını ayıracaq.

BrendSport.az
xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat paylaşıb. O bildirib ki, ispaniyalı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayacaq.

Artıq “şəhərlilər”in yeni baş məşqçisi də bəllidir. Romanonun sözlərinə görə, Qvardiolanı bu vəzifədə Enzo Mareska əvəzləyəcək. “Çelsi”nin sabiq çalışdırıcısı ilə artıq 3 illik müqavilənin bütün detalları razılaşdırılıb.

Qeyd edək ki, Enzo Mareska karyerası ərzində İngiltərənin "Lester", "Vest Hem” və İspaniyanın “Sevilya” klublarında da çalışıb. İtaliyalı mütəxəssis 2022-ci ildən 2023-cü ilə qədər "Mançester Siti"də köməkçi məşqçi vəzifəsini yerinə yetirib.


Facebook-da paylaş

Xəbəri paylaş