Əsas Səhifə > Dünya idmanı > "Mançester Siti"də baş məşqçi dəyişikliyi: Qvardiolanı italiyalı mütəxəssis əvəzləyir
"Mançester Siti"də baş məşqçi dəyişikliyi: Qvardiolanı italiyalı mütəxəssis əvəzləyirBu gün, 13:29 |
![]() İngiltərənin “Mançester Siti” klubu cari mövsümün sonunda baş məşqçisi Xosep Qvardiola ilə yollarını ayıracaq. BrendSport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat paylaşıb. O bildirib ki, ispaniyalı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayacaq. Artıq “şəhərlilər”in yeni baş məşqçisi də bəllidir. Romanonun sözlərinə görə, Qvardiolanı bu vəzifədə Enzo Mareska əvəzləyəcək. “Çelsi”nin sabiq çalışdırıcısı ilə artıq 3 illik müqavilənin bütün detalları razılaşdırılıb. Qeyd edək ki, Enzo Mareska karyerası ərzində İngiltərənin "Lester", "Vest Hem” və İspaniyanın “Sevilya” klublarında da çalışıb. İtaliyalı mütəxəssis 2022-ci ildən 2023-cü ilə qədər "Mançester Siti"də köməkçi məşqçi vəzifəsini yerinə yetirib. Geri qayıt |