Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: Yarımfinal mərhələsinin cavab oyunlarının hakimləri açıqlanıb



UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarının hakim təyinatları açıqlanıb.

BrendSport.az
xəbər verir ki, İngiltərədə “Arsenal” və İspaniyanın “Atletiko Madrid” komandaları arasında keçiriləcək matçın baş hakimi almaniyalı Daniel Zibert olacaq. Ona Yan Zaydel və Rafael Foltin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tobias Ştiler yerinə yetirəcək.

Almaniyada “Bavariya” ilə Fransanın PSJ klubları arasında gerçəkləşəcək görüşdə isə ədaləti portuqaliyalı baş hakim Joau Pineyru qoruyacaq. Ona həmyerliləri Brunu Jezuş və Lusiano Maya kömək edəcəklər. Dördüncü hakim isə norveçli Espen Eskas olacaq.

Qeyd edək ki, “Arsenal” - “Atletiko Madrid” qarşılaşması mayın 5-də Londonda yerləşən “Emireyts” stadionunda, “Bavariya” - PSJ oyunu isə mayın 6-da Münxen şəhərindəki “Alyans Arena”da keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Facebook-da paylaş

Xəbəri paylaş