Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Lebron Ceyms NBA-da ən çox oyun keçirən basketbolçu olub



"Los-Anceles Leykers" komandasında çıxış edən Lebron Ceyms NBA-da ən çox oyun keçirən basketbolçu olub.

BrendSport.az
xəbər verir ki, 41 yaşlı hücumçu bu uğura "Orlando Mecik"lə matçda imza atıb. Amerikalı basketbolçu bu görüşlə NBA-da 1612-ci oyununa çıxıb və həmyerlisi Robert Perişi geridə qoyub. Kərim Əbdül-Cabbar (1560) reytinqdə üçüncü yerdədir.

Qeyd edək ki, Lebron Ceyms NBA karyerası ərzində "Klivlend Kavalyers" (2003–2010, 2014–2018) və "Mayami Hit" (2010–2014) kimi komandalarda da çıxış edib. O, 2018-ci ildən indiyə qədər "Los-Anceles Leykers"in şərəfini qoruyur. Bu mövsüm amerikalı ulduz orta hesabla 21,3 xal, 5,8 ribaund və 6,9 məhsuldar ötürmə ilə oynayır. Onun komandası hazırda Qərb Konfransında üçüncü pillədə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş