Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ukrayna futbolunda şok



Ukraynada danışılmış oyunlarda iştirak etməkdə şübhəli bilinən 35 klubla bağlı araşdırmalar aparılır.

Ukrayna polisi bukmeker kontorları ilə əlaqəqurduğu güman edilən 35 klubla bağlı 50-dən çox ünvana basqın edib. Danışılmış oyunlarda iştirakda şübhəli bilinən klublar arasında hətta avrokuboklarda iştirak edənlər də var.

Günahlandırılan şəxslər arasında isə klub prezidentlərin, baş məşqçilərin, futbolçuların, hakimlərin də yer aldığı bildirilir. Məsələ ilə bağlı açıqlama verən Ukraynanın daxili işlər naziri Arsen Avakov polisin təxminən 2 ildi araşdırma apardığını söyləyib. Onun sözlərinə görə, ayrı-ayrılıqda beş mütəşəkkil qrupla bağlı müxtəlif sübut və faktlar əldə ediblər. Həmin qruplar futbolçulara, hakimlərə, klub sahiblərinə, məşqçilərə rüşvət verməklə oyunların nəticələrinə müxtəlif formalarda təsir etdikləri üzə çıxıb.

Təxminən 320 nəfər hazırda bu məsələ ilə bağlı istintaqa cəlb olunub.


Facebook-da paylaş

Xəbəri paylaş