Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Mbappeni heç 1 milyarda da satmaram”



PSJ ötən il “Monako”dan icarəyə götürdüyü Kilian Mbappeni birdəfəlik transfer edib. Fransa mətbuatının məlumatına görə, gənc forvardın keçidi parislilərə 180 milyon avroya başa gəlib.

Mbappe ilə 2022-ci ilə qədər müqavilə imzalayan PSJ-nin sahibi Nasser əl-Xelaifi onun transfer qiymətini açıqlayıb. Qətərli iş adamı Fransa millisinin hücumçusunu hətta 1 milyard avroya da satmayacağını söyləyib: “Məndən bir qiymət istəyirsiniz? 1 milyard avrodan çox. Bəli, Mbappeni heç 1 milyarda da satmaram”.

Qeyd edək ki, 20 yaşlı Mbappe geridə qalan mövsüm Liqa 1-də meydana çıxdığı 27 oyunda 13 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Facebook-da paylaş

Xəbəri paylaş