Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İngiltərə Premyer Liqası: “Çelsi” və “Liverpul” qələbə qazanıb



Futbol üzrə İngiltərə Premyer Liqasında XVI tura start verilib.

BrendSport.az
xəbər verir ki, “Çelsi” öz meydanında “Everton”a, “Liverpul” isə “Brayton”a 2:0 hesabı ilə qalib gəlib.

London klubunun heyətində qolları Koul Palmer və Malo Qusto vurublar.

Mersisayd təmsilçisində isə Uqo Ekitike dubl edib. Yeri gəlmişkən, bir müddət öncə “Liverpul” rəhbərliyi və baş məşqçi Arne Slotu tənqid etdiyi üçün əsas komandadan kənarlaşdırılan Məhəmməd Salah dönüşünü məhsuldar ötürmə ilə qeyd edib. 26-cı dəqiqədə zədələnən Co Qomezin əvəzinə meydana daxil olan misirli hücumçu ikinci qol zamanı assist müəllifi olub.

Qeyd edək ki, bu nəticələrdən sonra xallarını 28-ə çatdıran “Çelsi” 4-cü, 26-cı xalını qazanan “Liverpul” isə 6-cı pilləyə yüksəlib.


Facebook-da paylaş

Xəbəri paylaş