Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fransa klubu paltardəyişmə otağında mübahisə edən futbolçuları cəzalandırıb



Fransanın “Marsel” komandasının iki futbolçusu Adrien Rabyo və Conatan Rou müvəqqəti olaraq əsas heyətdən kənarlaşdırılıblar.

BrendSport.az
xəbər verir ki, buna hər iki yarımmüdafiəçinin Liqa 1-in ilk turunun “Renn”lə oyunundan sonra paltardəyişmə otağında mübahisə etməsi səbəb olub.

Buna görə də klub rəhbərliyi və baş məşqçi Roberto De Zerbi oyunçuları qeyri-müəyyən müddətədək məşqlərdən uzaqlaşdırıb.

Görüş “Marsel”in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.


Facebook-da paylaş

Xəbəri paylaş