Məşqçini vuran məşhur futbolçu beş oyunluq cəza alıb
Fransanın "Marsel" klubunun futbolçusu Dmitri Payetin cəzasının müddəti uzadılıb.
BrendSport.az xəbər verir ki, buna 36 yaşlı yarımmüdafiəçinin "Lens"ə uduzduqları Liqa 1-in XXXIV tur matçında rəqibin məşqçisi Yannik Kauzakı şillə ilə vurması səbəb olub.
Payet beş oyunluq diskvalifikasiyaya məruz qalıb.
Qeyd edək ki, qarşılaşma "Marsel"in 1:2 hesablı məğlubiyyəti ilə bitib.
Facebook-da paylaş