Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Mançester Siti” klubu Çempionlar Liqasında yeni rekordlara imza atıb



İngiltərənin “Mançester Siti” klubu UEFA Çempionlar Liqasında (ÇL) yeni rekorda imza atıb.

BrendSport.az
xəbər verir ki, “şəhərlilər” 1/8 finalda Danimarka “Kopenhagen”ini 3:1 hesabı ilə məğlub etdikləri cavab oyununda bunu reallaşdırıblar.

Bu, Pep Qvardiolanın kollektivinin qitənin ən nüfuzlu klub turnirində ardıcıl 10-cu qələbəsi olub. “Mançester Siti” ÇL-də keçirdiyi ardıcıl 10 matçda qalib gələn ilk İngiltərə təmsilçisi kimi tarixə düşüb.

Mançesterlilərə qədər yalnız iki komanda bu həddə çata bilmişdi. “Real” 2015-ci ildə 10, “Bavariya” 2013-cü ildə 10, 2020-ci ildə isə 15 qarşılaşmada rəqiblərindən güclü olub.

Bundan başqa, “Mançester Siti” Çempionlar Liqasında ardıcıl 9 ev oyununda 3 və ya daha çox qol vuran ilk komanda olub.

Qeyd edək ki, “Kopenhagen”i hər iki matçda 3:1 hesabı ilə məğlub edən “Mançester Siti” 1/4 finala yüksəlib.


Facebook-da paylaş

Xəbəri paylaş