Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ"ın rəqibi rekorda imza atıb



"Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi "Bayer 04" Almaniya komandaları arasında yeni rekorda imza atıb.

BrendSport.az
xəbər verir ki, Xabi Alonsonun baş məşqçisi olduğu kollektiv buna Bundesliqanın XXIII turunda “Maynts 05”ə qalib gəlməklə (2:1) nail olub.

Leverkuzen təmsilçisinin məğlubiyyətsiz oyunlar seriyası 33-ə (29 qələbə, 4 heç-heçə) çatıb.

Beləliklə, komanda "Bavariya"nın nailiyyətini geridə qoyub. Münhen təmsilçisi 2019-2020-ci illərdə Hans-Diter Flikin rəhbərliyi altında ardıcıl 32 matçda uduzmayıb.

"Bayer 04" hazırda 61 xalla liderdir. Rəqibindən 1 oyun az keçirən "Bavariya" 50 xalla ikincidir.

Qeyd edək ki, "Qarabağ" ilə "Bayer 04" arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də, səfərdəki duel isə saat 00:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş