Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"İnter Mayami” klubu futbolçu Luis Suaresin transferini elan edib



Uruqvaylı futbolçu Luis Suares Amerikanın “İnter Mayami” klubuna transfer edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

BrendSport.az
xəbər verir ki, bundan əvvəl “ESPN” telekanalı Suares ilə kontraktın daha bir il müddətinə uzadılması imkanı ilə bir mövsüm üçün nəzərdə tutulacağı barədə məlumat yaymışdı.

Daha öncə “Barselona”nın keçmiş üç futbolçusu - argentinalı hücumçu Lionel Messi, ispaniyalı yarımmüdafiəçi Serxio Buskets və ispaniyalı müdafiəçi Jordi Alba “İnter Mayami”yə keçib. Komandaya bundan əvvəl “Barselona”ya başçılıq edən argentinalı mütəxəssis Xerardo Martino məşqçilik edir.

Suares 36 yaşındadır, uruqvaylının son komandası Braziliyanın "Qremio” klubu olub. Daha öncə o, Uruqvayın "Nasyonal”, İspaniyanın "Atletiko” və "Barselona", İngiltərənin "Liverpul", Niderlandın "Ayaks" və "Qroninqen” klublarında çıxış edib.

2014-2020-ci illərdə forvard "Barselona”da oynayıb. O, komandanın tərkibində dördqat İspaniya çempionu, dörd dəfə İspaniya Kubokunun qalibi, ölkə superkubokunun ikiqat qalibi, bundan başqa Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatının qalibi olub. Hücumçu 2015/16 mövsümündə 40 qol ilə İspaniya çempionatının ən məhsuldar oyunçusu hesab edilib.

Suares Uruqvay yığmasında 137 oyun keçirib ki, bu da milli komanda tarixində ikinci göstəricidir (ən çox oyun - 161 - Diyeqo Qodin keçirib). Yığmada Suares 68 qol vurub və 39 məhsuldar ötürmə edib. Futbolçu 2011-ci ildə Uruqvay yığmasının Amerika Kubokunun qalibi olub.


Facebook-da paylaş

Xəbəri paylaş