Üçqat dünya çempionu ən yaxşı “Formula 1” komandasını açıqlayıb
“Formula 1” üzrə üçqat dünya çempionu Maks Ferstappen hansı komandanın ən yaxşı sürücü heyətinə malik olduğunu açıqlayıb.
BrendSport.az xəbər verir ki, “Red Bull”un pilotu “McLaren”i digərlərindən fərqləndirib.
Onun fikrincə, Britaniya komandasının sürücüləri sabit çıxış edirlər: “Komanda olaraq yəqin ki, bizdən sonra ən sabit komanda “McLaren”dir. Onların çox yaxşı sürücüləri var. İlin sonuna qədər maraqlı mübarizə olacaq. Mən indidən gələn ilin əvvəlini də düşünürəm. Görək kim hansı səviyyədə olacaq”.
Qeyd edək ki, “Formula 1” üzrə dünya çempionatının 2023-cü il mövsümünün sonuna 5 Qran-pri qalsa da, hesabında 433 xal olan Maks Ferstappen çempionluğu rəsmiləşdirib.
Facebook-da paylaş