Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qalatasaray" Çempionlar Liqasına heç-heçə ilə başlayıb



UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.

BrendSport.az
xəbər verir ki, bu günə nəzərdə tutulan 7 qarşılaşmadan 2-si artıq başa çatıb.

Türkiyə çempionu "Qalatasaray" Litvada "Jalgiris"lə məhsuldar heç-heçə edib - 2:2.

Hesabı 48-ci dəqiqədə meydan sahiblərindən Matias Oyevusi açıb. 75-ci dəqiqədə İstanbul təmsilçisinin müdafiəçisi Abdülkerim Bardakcı tarazlığı bərpa edib. Cəmi 3 dəqiqə sonra Halil Dervişoğlu qonaqları hesabda önə keçirib. Son nöqtəni isə 90+2-ci dəqiqədə Donatas Kazlauskas qoyub.

Digər oyunda isə HİK Finlandiyada Norveç "Molde"sini minimal hesabla məğlub edib. Yeganə qolu 25-ci dəqiqədə Topi Keskinyen vurub.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
25 iyul

20:00. "Jalgiris" (Litva) - "Qalatasaray" (Türkiyə) - 2:2
Qollar: Matias Oyevusi, 48. Donatas Kazlauskas, 90+2 - Abdülkerim Bardakcı, 75. Halil Dervişoğlu, 78
Qırmızı vərəqə: Donatas Kazlauskas ("Jalgiris"), 90+2

20:00. HİK (Finlandiya) - "Molde" (Norveç) - 1:0
Qol: Topi Keskinyen, 25


Facebook-da paylaş

Xəbəri paylaş