“Neftçi”dən ayrılan Gilyerme Pato Braziliya klubu ilə anlaşıb
Bakının “Neftçi” klubu ilə yollarını ayıran Gilyerme Patonun yeni komandası müəyyənləşib.
BrendSport.az xəbər verir ki, 22 yaşlı braziliyalı yarımmüdafiəçi birillik fasilədən sonra yenidən ölkəsində çıxış edəcək. Futbolçu C seriyasında mübarizə aparan “Fiqeyrense” ilə anlaşıb.
Qeyd edək ki, G.Pato bu mövsüm Azərbaycan Premyer Liqasında 12 oyunda 1 qol vurub.
Facebook-da paylaş