Şahmat üzrə Azərbaycan çempionu tay-brekdə bəlli olacaq
Kişi şahmatçıların Azərbaycan çempionatında ikinci final gününün oyunları keçirilib.
BrendSport.az Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, çempionluq mübarizəsində Vüqar Əsədli 4 saatdan çox davam edən partiyanın yekununda Vasif Durarbəyliyə uduzub.
Üçüncü yer uğrunda görüşdə Eltac Səfərli Məhəmməd Muradlı ilə yenə heç-heçə edib.
Yanvarın 28-də şahmatçılar arasında tay-brek oynanılacaq. Əvvəlcə finalçılar iki oyundan ibarət rapiddə yarışacaqlar. Bərabərlik olacağı halda qalib blitsdə müəyyənləşəcək.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 25 min manat təşkil edir.
Facebook-da paylaş