Eltac Səfərli “Pavlodar Open-2020” şahmat festivalında üçüncü yeri tutub
Qazaxıstan Şahmat Federasiyasının təşkiltatçılığı ilə XVI “Pavlodar Open-2020” şahmat festivalı keçirilib.
BrendSport.az xəbər verir ki, festivalın rapid turnirində azərbaycanlı qrossmeyster Eltac Səfərli 7 xal toplayaraq üçüncü yeri tutub. Rusiyalı şahmatçılar Vladislav Artyomov 9 xalla birinci, Pavel Ponkratov 7,5 xalla ikinci yerdə qərarlaşıblar.
Onlayn turnirdə 84 şahmatçı mübarizə aparıb.
Facebook-da paylaş