Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Pirşağı sakinləri böyük sevinc içərisindədirlər



Pirşagı qəsəbəsi Sabuncu rayonunun ən böyük qəsəbələrindən biridir. Bu qəsəbənin sakinləri uzun illər qəsəbədaxili yolların narahatlığından əziyyət çəkirdilər. Şagirdlərin məktəbə gedib-gəlmələrində, kənd adamlarının təsərrüfat işləri ilə sərbəst məşğul olmalarında bəzi sıxıntıları var idi. Bu günlərdə Pirşağı Bələdiyyəsi qəsəbə sakinlərinə şad xəbər verib. Belə ki, Pirşağı bələdiyyəsinin sədri Əfsanə xanım qəsəbə sakinlərinə bildirib ki, Sabunçu rayon İcra Haklmiyyətinin başçısı cənab Adil Vəliyevin imzası ilə qəsəbə Bələdiyyəsinə məktub daxil olub. Məktubda deyilir ki, Pirşağı qəsəbəsinin inzibatı ərazisinə daxil olan 14 qəsəbədaxili kücələr əsaslı təmir ediləcək.
2023-cü ilin planına daxil olunan bu layihə Pirşağılıların böyük sevincinə səbəb olub. Onu da qeyd edək ki, qəsəbənin "Əmirxəlil döngəsi", "Bağlar küçəsi"nin, sakinləri daha böyük sevinc içindədir. Belə ki, qəsəbənin "Əmirxəlil döngəsi", "Bağlar küçəsi" adı çəkilən ərazinin ən böyük küçəsidir və ən çox da əsaslı təmirə ehtiyaçı olan küçədir. Küçədə yaşayan sakinlərin sayı da o biri küçələrdə yaşayan sakinlərin sayından xeyli çoxdur. Bu günlərdə qəsəbə sakinləri Mübariz Ağayev, Bəxtiyar İbrahimov, Emin Məmmədəliyev, Azər Məmmədəliyev, Malik Həsənov, Şahin İbrahimov və Yusuf İmanov Pirşağı Bələdiyyəsində olublar. Sakinlər öncə Ölkə başçısı, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, eləcə də Cənab Prezidentin etimadını daim doğruldan Sabuncu rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyev cənablarına minnətdarlıqlarını bildiriblər və 50 nəfərdən çox Pirşağı qəsəbə sakininin imzası ilə təsdiqlənmiş Minnətdarlıq məktubunun ünvanına çatdırılmasını Bələdiyyə sədrindən xahiş etmişlər.

BrendSport.az


Facebook-da paylaş

Xəbəri paylaş