Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kamal Şıxəliyevi-ALLAH RƏHMƏT ELƏSİN. Tahir Süleymanov xatirlayır...



Gənc, orta nəsil xatırlamaz, öz dövrünün güclü mərkəz müdafiəçilərindən idi. Salyan futbolunun ən yaxşı vaxtları Kamal Şıxəliyevin və komanda yoldaşlarının adı ilə bağlıdır.
Meydanda əsl liderliyi ilə seçilirdi. Çox obyektiv futbolçu idi. Kobudluğu sevməzdi, təmiz futbol oynayardı. Əsl futbol fədaisi, rayonda futbolun yaşaması üçün əlindən gələni əsirgəməzdi. Futbolçuluğu ilə yanaşı yeri gələndə rəhbər, yeri gələndə inzibatçı, komandanın yükünü daşıyar, təşkilatı işləri üzərinə götürərdi...
Meydanda saysız-hesabsız oyunlarda qarşılaşmışıq. Bir dəfə də olsun nəinki qırmızı, heç sarı vərəqə göstərdiyimi xatırlamıram. Müdafiəçi, aparıcı futbolçu olasan, bu qədər intizamlı oyun sərgiləyəsən. Futbolda çox nadir hallarda rast gəlinir.
Kamal müəllim həm də gözəl, səmimi insan idi.
Qonaq komandalara, hakimlərə həmişə hörmətlə, qayğıyla yanaşardı. Kimsənin problem yaşamasını istəməzdi. Bakıda yaşadığı dövrdə də belə idi...
Futbolçu karyerasından sonra məşqçilik, pedaqoji fəaliyyətində də alicənablığı, qayğıkeşliyi, sadəliyi ilə örnək idi. Futbolla yaşayır, futbolla nəfəs alırdı...
Zaman tez keçir... Nə yazıq ki, acı xəbər hamımızı üzdü. Salyan futbolu öz maqikanını itirdi. Belə insanların adına böyüyüb başa çatdıqları rayonlarında futbol məktəbləri açılmalıdır. Ki, yeni-yeni kamallar üzə çıxsın, yetişsin...
Ruhun şad olsun, dəyərli dost, gözəl insan, Salyan futbolunun əvəzolunmaz futbolçusu!
ALLAH RƏHMƏT ELƏSİN.


Azpress.az


Facebook-da paylaş

Xəbəri paylaş