Türkiyə Superliqası: “Başakşəhər” səfərdə qalib gəlib
Aprelin 22-də futbol üzrə Türkiyə çempionatının 36-cı turu çərçivəsində keçirilən qarşılaşmada “Başakşəhər” səfərdə “Kasımpaşa”nın qonağı olub.
BrendSport.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qonaqlar minimal hesabla qalib gəliblər. "Başakşəhər"in yeganə qolunu Nacer Çadlı vurub.
Günün digər qarşılaşmasında "Alanyaspor" doğma meydanda "Qaziantep"i 3:2 hesabı ilə məğlub edib.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 72 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 69 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 66 xala malik olan “Qalatasaray” qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.
Facebook-da paylaş