Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Fənərbaxça"nın Səudiyyə Ərəbistanına futbolçu satışı davam edir



"Fənərbaxça"nın daha bir futbolçusu Səudiyyə Ərəbistana getməyə hazırlaşır. Söhbət komandanın aparıcı futbolçularından olan Jozef de Souzadan gedir.

Bu haqda klub tərəfindən də rəsmi açıqlama verilib. Açıqlamaya görə artıq transfer məsələsi ilə bağlı "Sarı-lacəvirtlilər"lə Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal" danışıqlara başlayıb.

Transferin rəsmiləşəcəyi təqdirdə Souza bu mövsüm "Fənərbaxça"dan Səudiyyə Ərəbistanına gedəcək 3-cü futbolçu olacaq. Buna qədər Fernandao "Əl-Vehda", Culiano isə "Əl-Nəsr"lə müqavilə bağlamışdı.


Facebook-da paylaş

Xəbəri paylaş