Ən böyük futbol stadionu İraqda olacaq
Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əs-Səud İraqda 135 min nəfərlik yer tutumuna malik olan dünyanın ən böyük stadionunu inşa etdirmək niyyətindədir.
"The Sun" nəşri xəbər verir ki, bu qərar fevralın 28-də İraqda yerli komanda ilə Səudiyyə Ərəbistanı millisi arasında keçirilən yoldaşlıq oyunundan sonra (4:1) qəbul olunub.
İraq hökuməti Səudiyyə kralının ölkədə stadion tikmək niyyətində olduğunu təsdiq edib.
Facebook-da paylaş