Topaz Premyer Liqasının püşkü atılıb
İyulun 27-də Topaz Premyer Liqasının 2018-2019-cu illər mövsümünün püşkü atılıb.
Püşkatmanın nəticələrinə əsasən 27-ci ölkə çempionatının ilk turunda sonuncu çempion “Qarabağ” klubu “Zirə” komandası ilə qarşılaşacaq.
“Qəbələ” doğma meydanda “Səbail”, “Keşlə” isə “Sabah” klubu ilə üz-üzə gələcək. “Sumqayıt” komandası isə “Neftçi” klubunu qəbul edəcək.
Topaz Premyer Liqasının birinci turunun görüşləri avqustun 11-də və 12-də keçiriləcək.
Facebook-da paylaş