"PSJ" Koutinyoya “elçi düşüb”
PSJ Neymar və Kilian Mbappedən sonra daha bir superulduz transfer etmək niyyətindədi. İspaniya mətbuatının məlumatına görə, Paris təmsilçisi “Barselona”nın yarımmüdafiəçisi Filip Koutinyoya “elçi düşüb”.
Klub rəhbərliyi 26 yaşlı futbolçunun menecerlərindən biri ilə əlaqə saxlayaraq, bu keçid üçün 270 milyon avro təklif etməyə hazırlaşdıqlarını bildirib. Fransızlar Neymarın keçidində olduğu kimi, əvvəlcə oyunçunun özünün razılığını almaq, sonra klubu ilə danışıqlara başlamaq fikrindədi.
Maraqlıdı ki, rəhbərliyə bu transferi Braziliya yığmasının digər üzvü Neymar məsləhət görüb. Lakin “Barselona” ilə müqavilə müddəti 2023-cü ilə qədər olan Koutinyonun sərbəst qalma məbləği 400 milyon avrodu. Əgər kataloniyalılar qarşı tərəfin təklifini müsbət cavablandırsa, Koutinyo dünya futbol tarixinin ən bahalı transferi olacaq.
Qeyd edək ki, ulduz futbolçu “Barselona”ya bu ilin yanvarında 125 milyon avro müqabilində “Liverpul”dan keçib.
Facebook-da paylaş