“Barselona” 40 milyona aldı 50 milyona geri qaytarır
“Barselona”nın yarımmüdafiəçisi Paulinyo yenidən Çinə dönə bilər. Xarici mətbuatda yayılan məlumata görə, “Quançjou Everqrand” ulduz futbolçunu qaytarmaq niyyətindədi.
Braziliya millisinin üzvünün sabiq komandası ilə danışıqları müsbət nəticələnmək üzrədi. Bir il əvvəl məhz “Quançjou Everqrand”dan 40 milyon avro müqabilində “Barsa”ya keçən 29 yaşlı oyunçu ehtiyatda qalmasından narahatdı. Bu üzdən klubunu tərk etmək fikrindədi. Çinlilər keçidin reallaşması üçün Kataloniya təmsilçisinə 50 milyon avro təklif edib. Tərəflərin bu transferdə anlaşması gözlənilir.
Qeyd edək ki, Paulinyo “Yuventus”un da maraq dairəsindədi.
Facebook-da paylaş