Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Taekvondoçumuz möhtəşəm uğura imza atdı



Tunisin Hammamet şəhərində gənclər arasında dünya birinciliyi davam edir. Mundialda mübarizə aparan gənc milli yığma komandamızın daha bir üzvü möhtəşəm uğura imza atdı.

ATF-dan BrendSport.az saytına verilən məlumata görə, 63 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Cavad Ağayev Pakistan, Amerika, Koreya, Efiopiyalı idmançıları yarışdan kənarlaşdıraraq yarımfinala vəsiqəni təmin edib. Yarımfinal mərhələsində də İranlı idmançı ilə döyüşdən qalib ayrılan Cavad finalda italiya təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən həlledici döyüşdə də qələbə qazanan həmyerlimiz yarışın qızıl medalına sahib olun. Qeyd edək ki, Cabad italyan idmançı ilə bir neçə gün öncə keçirilən lisenziya turnirində qarşı qarşıya gəlmişdir. Həmən döyüşdə qalib rəqib olmuşdur.

Beləliklə, gənc millimiz dünya birinciliyində aktivinə ikinci medalı əlavə etdi. Bir gün öncə isə Xanoğlan Kərimov ( - 51 kq ) finala kimi inamla irəliləsə də həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurmuşdur.

Onu da qeyd edək Cavad Ağayevin şəxsi məşqçisi Samir Aydınlıdır.

Alxas Məmmədov






Facebook-da paylaş

Xəbəri paylaş