Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Gələcəkdə məşhur idmançı olacam"



Fəridə Məcidova 18 fevral 2012-ci ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində anadan olub.

İdmanın döyüş növlərini çox sevir. Xüsusilə də taekvondonu. Qardaşları Osman və Fəqan da taekvondo ilə məşğul olurlar. Onların əldə etdikləri medallar və diplomlar Fəridənin bu idmana marağını daha da artırıb.

- Fəridə, idmanı çox sevirsən?

- Bəli. Qardaşlarım hər dəfə yarışdan qayıdanda onların qələbəsinə atamla anam çox sevinir. Mən də istəyirəm ki, onları sevindirim.

- Deməli, sən idmançı olmaq istəyirsən?

- Bəli, gələcəkdə məşhur idmançı olacam. Çoxlu medallarım olacaq. Bir də mən olimpiya çempionu olub və medalımı dişimlə yoxlayacam.

Alxas


Facebook-da paylaş

Xəbəri paylaş